İcra başçısı İsmayıllıda üsyan yetişdirir?

20:41 15-06-2019 87

İsmayıllı rayon icra başçısı ilə bağlı yeni məlumatlar daxil olub. Redaksiyamıza daxil olmuş şikayətdə bildirilir ki, rayonundakı məmur özbaşınalığı pik həddə çatıb. 

İcra başçısı elə vəziyyət yaradıb ki, məmurlarda ondan narazı düşüb. Verilən məlumatdalarda deyilir ki, icra başçısının həyata keçirdiyi «islahat”lar nəticəsində durumu pisləşən İsmayıllı camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldur.

Deyilənlərə görə həttda yerli sakinlərin pay torpaqları özlərindən xəbərsiz satılmışdır. Mənbə bildirir ki, rayon rəhbərinin göstərişi ilə meşələr kütləvi şəkildə qırılıb parket sexlərinə verilir. Vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir.

Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. Mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz qohumu olan ratikal mxalifətçiyə həvalə edib.

Hazırda icra başçısı ilə həmin şəxsi bağlayan şübhəli tellərlə bağlı araşdırmalarımız davam edir və odur ki, bu məsələyə yenidən qayıdacağıq. Çünki, ən son məlumatlarda bildirilir ki, həmin şəxs rayonda vahabilərə arxa duraraq onları maliələşdirir.


Daxil olan bir diugər məlumatlarda isə bildirilir ki, İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqov sahibkarlara qarşı "səlib yürüşünə" çıxıb. Bu günə qədər müxtəlif iş adamlarına məxsus ərazilər heç bir əsas olmadan icra başçısı tərəfindən satılır və ya qonşu rayonlarda yaşayan imkanlı iş adamlarına satılır. 

Mənbəmiz iddia edir ki, artıq sahibkarlar İsmayıllıdakı bu dözülməz vəziyyətlə bağlı Prezident Adminstrasiyasına da müraciət ünvanlamağı düşünürlər. İcra başçısının qanunsuzluqlarının cəzasız qalmayacağı isə şübhəsizdir. Hər halda İsmayıllı iğtişaşlarının yenidən təkrarlanmasını heç kim arzulamaz.

Aztoday.az