Eyvandan sallanan uşaq son anda xilas edildi - VİDEO

07:40 22-07-2020 539

Eyvana çıxan və oradan yıxılan uşaq dəqiqələr boyunca sallanmış vəziyyətdə qalıb. Həmin vaxt içkili olan anası isə evdə yatıb.

360 TV-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın Podolsk şəhərində baş verib.

Balaca 15 dəqiqə sallanmış vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar uşağı görən anda dərhal adyal gətirib açıblar ki, uşaq yıxılacağı halda tuta bilsinlər. Ancaq xoşbəxtlikdən o, yıxılmadan xilas olunub. Bir mərtəbə aşağıda yaşayan qonşu azyaşlını xilas edib.

Sərxoş ana isə polis əməkdaşlarına qapını dörd saatdan sonra açıb. Qadına qarşı inzibati protokol tərtib olunub, evdə olan iki uşaq xəstəxanaya aparılıb.

Hazırda faktla bağlı yoxlamalara başlanılıb.