Oxu.Az-ın daha bir yazısı qaliblər arasına düşdü

00:00 23-07-2020 403

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin adı məlum olub. 

HerGun.Az xəbər verir ki, müsabiqəyə idmançıların mübariz və cəsarətli addmları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan idmançıların uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunub.

Münsiflər heyəti Sənan Abdullayevin (Xəzərxəbər.az) Fuad Aslanova (boks) həsr olunan “Afina kəşfiyyatçısı” yazısını 1-ci yerə, Sahib Əsədbəylinin (Kaspi.az) İlham Zəkiyevə (cüdo) həsr olunan “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” yazısını 2-ci yerə və Səbuhi Musayevin (HerGun.Az) Şahin İmanova həsr olunan “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazısını 3-cü yerə layiq görüb. Jurnalistlərə müvafiq pul mükafatları, eləcə də diplomlar daha sonra təqdim olunacaq.

Qeyd edək ki, HerGun.Az-ın daha bir yazısı Azərbaycan İdman Jurnalistləri Federasiyasının keçirdiyi müsabiqədə yer tutmuşdu. Saytımızın əməkdaşı Səbuhi Musayevin idman jurnalistikasının problemlərinə dair yazdığı məqalə ikinci yerə layiq görülmüşdü.