“Bloomberg”: Oğurlanan milyonluq saat Rövnəq Abdullayevin oğluna aiddir

14:25 05-07-2019 1422
Dünyaca məşhur maliyyə və biznes media qurumu "Bloomberg”də İspaniyada azərbaycanlı turistdən oğurlanan 1,3 milyon dollarlıq saatdan yazıb.
Criminal.az bildirir ki, KİV oğurluq hadisəsindən daha çox diqqəti saatı oğurlanan turistin kimliyinə yönəldib. Yazıda ictimai fəal Bəxtiyar Hacıyevin sosial şəbəkədə paylaşdığı ispan polisinə aid hesabata istinad edərək saatı oğurlanan şəxsin SOCAR prezidenti Rövnəq Abdullayevin 25 yaşlı oğlu Rəşad Abdullayevolduğu bildirilir.
1561712925_3f0fc8e7-f6c9-45a1-afe5-bc8267aecc91 (1)
Qeyd edilir ki, sözügedən sənədin həqiqiliyi xüsusi mənbə tərəfindən təsdiqlənib və hesabatda Rəşad Abdullayevin pasport və əlaqə məlumatları, anasının və İbiza şəhərində olan iki dostunun adları öz əksini tapıb.
Xəbərdə qeyd olunur ki, nə Rövnəq Abdullayev, nə də SOCAR şirkəti məlum iddialarla bağlı açıqlama verib: "SOCAR şirkətinin mətbuat xidməti biznes məsələləri ilə bağlı sualları cavablandırsa da, saatla bağlı elektron poçt məktublarına və ya telefon zənglərinə cavab vermədi. Rəşad Abdullayev də polis hesabatında göstərdiyi mobil nömrəyə edilən zənglərə cavab vermir. "Richard Mille” şirkətinin (oğurlanan saat "Richard Mille” şirkətinə aid "50-03 McLaren F1” model saatdır) nümayəndəsi Laura Hughes oğurluq saat haqqında şərh vermək istəmədiyini bildirdi”.
1561712724_foto.width-1024 (1)
Xəbərdə Prezident İlham Əliyevin dəfələrlə məmurlara həyat tərzləri və övladlarının davranışları ilə bağlı xəbərdarlıqlar etdiyi xatırladılır. "Prezident İlham Əliyev dəfələrlə hökumət işçilərini göstərişli həyat tərzindən çəkinməyi və övladlarının davranışlarına nəzarət etməyi tapşırıb. Buna əməl etməyənlərin isə dərhal işdən azad olunacağı xəbərdarlığını edib. Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanda orta aylıq əmək haqqı 581 manat (343 dollar) təşkil edir”, – deyə yazıda qeyd olunub.
1562306253_1000x-1
Xatırladaq ki, iyun ayında İspaniyanın İbiza adasında azərbaycanlı gənc turistin qolundan 1,3 milyon dollarlıq saatı oğurlanıb Saatı oğurlanan azərbaycanlı gənc Vila rayonundakı otellərdən birində qalırmış və o, hadisədən dərhal sonra ispan Milli polisinin yerli polis məntəqəsinə gedərək soyğunçuluğa məruz qaldığı barədə şikayət verib. Həmin gəncin oğurlanan "Richard Mille 50-03 MCLaren F1” markalı saatından dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır.