Bakıda motosiklet avtobusa çırpıldı: Ölən var

02:40 23-07-2020 366

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1990-cı il təvəllüdlü Dadaşov Taleh Arif oğlu idarə etdiyi motosikletlə sərnişin avtobusuna çırpılıb.

Nəticədə sürücü T.Dadaşov hadisə yerində ölüb.