Rusiyalı idmançı dopinqə görə cəzalandırıldı

04:40 23-07-2020 454

Rusiyalı atlet Maksim Aleksandrov dopinqdən istifadəyə görə dörd il müddətinə yarışlardan kənarlaşdırılıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Anti-Dopinq Agentliyi məlumat yayıb.

Qərarın icrası 2019-2023-cü illər aralığını əhatə edir.

Bununla əlaqədar 26 yaşlı idmançının 2019-cu ilin avqust ayından başlayaraq əldə etdiyi bütün nəticələr ləğv olunub.