LONDONDA 6 MİLYON FUNT STERLİNQLİK MƏNZİLİ KİM ALIB?

14:25 20-04-2019 3927

"Rövnəq Abdullayev ölkə neftinin xarici bazarlara satışını fakti olaraq qohumu Anar Əliyevə və Əhmədzadə qardaşlarına etibar edib." Bunu Facebook sosial şəbəkəsində araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Daha sonra Cavanşir Həsənli yazıb ki, əlbəttə, ölkə neftinin xarici bazarlara satışını həyata keçirən SOCAR-Tradingin üzü Sinqapurdan bəri Cenevrədəki baş ofisinə qədər nə əməliyyatlar keçirilib, nə maxinasiyalara yol verilib, bunlar çox dərin araşdırmalar tələb edir:

FB_IMG_1555746104849

"Sadəcə dövlətin neft şirkətinin düşdüyü durumu xatırlamağınız kifayətdir. Aydın məsələdir ki, 10 milyarda çatan borcu nə ağzı köpüklənə-köpüklənə SOCAR-ın müdafiəsinə qalxmış məlum deputat, nə Rövnəq Abdullayev, nə də qeyrisi ödəməyəcək, yenə o pullar xalqın cibindən çıxacaq, boğazından kəsiləcək.

FB_IMG_1555746140947

Kimdir cənab Adnan Əhmədzadə?

2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisidir, SOCAR-Trading-ə rəhbərlik edir. Amma Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qohumudur.

FB_IMG_1555746110776

Bəzən deyirlər, “Adnan kiçik adamdı”. Amma bu kiçik adamın özünün belə ultra-lüks həyatı, zəngin yaşayışı ingilisləri belə heyrətə gətirir. Bahalı SR brendinin düşkünüdür, Artıq şəkillərini təqdim etdiyim bahalı avtomobillər, qiyməti 1 milyon dollara çatan Jacob & Co Astronomia saatı, Palm Cümeyrada daşınmaz əmlak, şirkətlər – bunlar bir idarə rəisinin gözünü doyurmayacaq qədər əldə etdiyi imkanlardır."

FB_IMG_1555746116506

Sonra Cavanşir Həsənli Facebook sosial şəbəkəsindəki paylaşdığı yazıda qeyd edir ki, bu ilin fevralında yerli mətbuatda SOCAR-da aparılan yoxlamalar zamanı törəmə şirkətlərdə ciddi maxinasiyalar və vergidən yayınma hallarının üzə çıxdığı, Rövnəq Abdullayevin kassası kimi tanınan Adnan Əhmədzadənin saxlandığı və daha sonra sərbəst buraxıldığı barədə təsdiq olunmamış məlumat yayılmışdı:

FB_IMG_1555746237567

"Azərbaycanda SOCAR rəsmisinin geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar var. Məsələn Rahat supermarketlər şəbəkəsi, Xoxo gecə klubu, hətta Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də Adnan Əhmədzadəyə məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var.

FB_IMG_1555746156464

Amma bunlar hamısı deyil. İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan (8 milyon dollara yaxın) mənzil aldığı haqqında sənəd yerləşdirilib. Söhbət ingilislərin Hamlet Tower adlandırdığı, Denison House, 20 Lanterns way ünvanındakı 409-saylı mənzildən gedir.

FB_IMG_1555746162728

Sənədə görə mənzil üçün ödəniş İngiltərənin cənubundakı Channel adalarında qeydiyyatdan keçmiş Hambros BANK LİMİTED üzərindən reallaşdırılıb. Sənədlərdən göründüyü kimi 5 milyon 500 min funt sterlinq dəyərində birinci ödəniş 26 aprel 2018-ci il tarixdə Adnan Əhmədzadənin öz adına olub.

FB_IMG_1555746168545

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Yeri gəlmişkən Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

FB_IMG_1555746182992

Londondakı mənzilə görə 550 min funt sterlinqlik ikinci ödəniş 2019-cu il fevralın 14-də Aa Properties 2000 Limited şirkəti üzərindən həyata keçirilib.

FB_IMG_1555746177002

AA PROPERTIES 2000 LTD 2015-ci il dekabrın 4-də Londonda qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 09903368, hüquqi ünvanı London, 32 Old Burlington Street-dir. Şirkətin təsisçisi Adnan Əhmədzadədir.Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. 

FB_IMG_1555746182992

SOCAR-ın idarə rəisi və SOCAR Tradingin rəhbəri 2017-ci il yanvarın 9-a qədər həm də təsisçisi olduğu özəl şirkətdə direktor vəzifəsini icra edib. Bu tarixdən bəri şirkətə 1994-cü il təvəllüdlü Nigar Kərimli rəhbərlik edir.

FB_IMG_1555746188509

Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 08715209, qeydiyyat ünvanı Gallium House Unit 2, Station Court Borough Green Sevenoaks Kent.
Şirkət daşınmaz əmlak alışı və satışı ilə məşğuldur.

FB_IMG_1555746194180

Şirkətin səhmdarları arasında azərbaycanlılardan Elmar Ağamalıyev, Toğrul Rzayev adlı şəxslərlə yanaşı (hər ikisi SOCAR Tradingin işçisidir), Corinthia Properties SA şirkətinin adı da var. Bu şirkət İsveçrədə qeydiyyatdan keçib və Bakı şəhəri, Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan 1976-cı il MİRZƏCANOVA DİLARƏ CAHANGİROVNA adlı qadının adına rəsmiləşdirilib.

FB_IMG_1555746210396

Qeyd edim ki, bu ünvanda AZAL prezidenti Cahangir Əsgərovun qızları Cəmilə və Məlahət Əsgərovalar da bu ünvanda qeydiyyatdadırlar.

FB_IMG_1555746230582

Reyestr xidmətinə 2 dekabr 2018-ci ildə əlavə edilən məlumata görə şirkətin səhmlərinin dəyəri 1 milyon 12 min 382 funt sterlinq təşkil edib.

FB_IMG_1555746237567

2016-cı ilin aprelin 6-da Adnan Əhmədzadənin qardaşı, 1977-ci il təvəllüdlü Xəyal Əhmədzadə və atası, 1948-ci il təvəllüdlü Azər Əhmədzadə bu şirkətin səhmlərinin böyük hissəsini alaraq, şirkətin 75 faizinə nəzarət edir.

FB_IMG_1555746243279

Adnan Əhmədzadənin qardaşı, Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. Qardaşının prezidenti olduğu SOCAR-Trading-də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edir.

FB_IMG_1555746256435

Maraqlı nüanslardan biri Xəyal Əhmədzadənin qeydiyyat ünvanının Dilarə Mirzəcanova Cahangirovnaya aid Corinthia Properties SA şirkətinin Cenevrədəki ünvanının eyni olmasıdır. Digər nüans, SOCAR Tradingin direktorlarından biri Məryəm Almaszadənin də Dilarə Mirzəcanovaya digər şirkətdə pay sahibi olmasıdır.

FB_IMG_1555746261925

Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 410363, nizamnamə kapitalı 3.006,00 avrodur. Amma bu şirkət SOCAR rəsmisi üçün sadəcə viza və rezidensiya məqsədi daşıFB_IMG_1555746268307

Onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli Adnan Əhmədzadə məxsus iki Lamborghini və 1 ədəd Rolls-Roys markalı avtomobillərini Facebook səhifəsində paylaşmışdı.

FB_IMG_1555746285509

Cavanşir Həsənli Facebook sosial şəbəkəsində yazdığına görə Adnan Əhmədzadə həmin avtomobillərindən Londonda istifadə edir. Avtomobillərin ikisinin nömrə nişanları A4AA (Ahmadzada Adnan Azər oğlu) seriyasındandır. Biri isə sadəcə 555A (Adnan) seriyalıdır.

Məsələ ilə bağlı  SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsi və SOCAR-Trading-lə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Yazı da adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

FB_IMG_1555746278779