Sel Goranboyda fəsadlar törədib - VİDEO

21:40 23-07-2020 495

Sel Goranboyun Aşağı Ağcakənd qəsəbəsində fəsadlar törədib.

APA-nın məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.

Gecə saatlarından yağmağa başlayan leysan yağışlar nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində evləri və həyətyanı sahələri sel basıb.  

Aşağı Ağcakənd qəsəbə icra nümayəndəsi Zöhrab Vəliyev bildirib ki, bu, qəsəbədə son bir ayda ikinci təbii fəlakətdir.

“Bundan əvvəl də leysan yağışlar nəticəsində qəsəbədə bir neçə evi su basmışdı. İndi də seldən 3-4 təsərrüfat ciddi ziyan çəkib. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və zəruri addımlar atılacaq”.