Ermənilərin zərbələri qarşısında “bu, kişilikdən deyil” deyən həmyerlimizin kimliyi məlum oldu - FOTO

00:00 24-07-2020 377

Belçikanın paytaxtı Brüsseldə bir qrup erməni tərəfindən vəhşicəsinə döyülən azərbaycanlının kimliyi məlum olub.

HerGun.Az xəbər verir ki, sosial mediada həmin şəxsin Rizvan Aslanov olduğu deyilir. 

Ermənilərin təzyiqi və zərbələri qarşısında “bu, kişilikdən deyil” deyən həmyerlimizə sosial şəbəkədə çox sayda dəstək statusları həsr olunub.