Azərbaycanda COVID-19-la bağlı müraciət sayı 25% azalıb - RƏSMİ

02:40 24-07-2020 417

“Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu tərəfindən Bakı şəhərində 87 tibb müəssisəni əhatə edən 39 tibb məntəqəsi yaradılıb. Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır”.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova “AzTV” telekanalının “Hədəf” verilişində bu fikirləri səsləndirib.

N.Veysova bildirib ki, xəstənin stasionar müalicəsinə göstəriş olan təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibbi işçi çalışır.

O qeyd edib ki, hər məntəqə fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqəsinin yaradılmasından ibarət olduğunu qeyd edib:

“Artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılıb, laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Testləri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.

Müsbət nəticə kimi Təcili Tibbi Yardım xidmətinin COVID-19-la bağlı müraciət sayının 25%-ə qədər, ağır xəstələrin müraciət sayının isə 30 %-ə qədər azalmasını qeyd edə bilərəm”.