Özbəkistan prezidentinin kürəkəni 200 km/saat sürətlə Daşkənd küçələrində - VİDEO

17:09 20-07-2019 984

Özbəkistan prezidentinin kürəkəni Otabek Umarov “Tesla” markalı avtomobilini Daşkənd küçələrində 200 km/saat sürətlə idarə edib.

Hadisənin görüntülərini “Azadlıq Radiosu” paylaşıb.

Otabek Umarov Özbəkistan Prezidenti Şövkətt Mirziyoyevin kiçik qızı Şahnazın əridir. O, Prezidentin təhlükəsizlik xidmətinin rəis müavini və Özbəkistanın Triatlon Federasiyasının sədridir.

Gazeta.uz nəşri yazır ki, O.Umarov sürət həddinin aşılmasına görə 1,8 milyon som (təxminən 357 manat) cərimə ödəyib.