Bakıda üç nəfər köməksiz qaldı

09:40 25-07-2020 398

Ötən sutka ərzində Bakıda üç nəfər liftdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən üç nəfərin liftdən çıxarılması təmin edilib.