Çavuşoğlu və Pompeo arasında “S-400” müzakirəsi

18:45 20-07-2019 932

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Xarici İşlər Naziri Mayk Pompeo arasında telefon danışığı baş tutub.

Bununla bağlı diplomatik mənbələr xəbər yayıb.

Telefon söhbətində ikitərəfli münasibətlər, “F-35” və “S-400” mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Münbiç, İdlib və təhlükəsiz bölgə bu danışığın əsas mövzusu olub.