Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

17:00 25-07-2020 380

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

HerGun.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub. 

Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edilib ki, o, yoluxmuş xəstələrlə ünsiyyət zamanı amansız virusa tutulub.