Qusarda avtomobil kafeyə çırpıldı: Xəsarət alan var

10:20 26-07-2020 290

Qusarda minik avtomobili divara çırpılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Samur qəsəbəsində “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.