Karantin rejimi qaydalarını pozan kafe aşkarlandı

14:20 27-07-2020 322

Gəncədə karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Gəncə BPİ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman şəhərdə gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Arzu Bayramovla yanaşı, onun müştəriləri saxlanılaraq, Kəpəz rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.