Hövsanda döyülən kişini Türkanda evinin qabağına atdılar

01:20 28-07-2020 321

Bakının Suraxanı rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Adıgözəlov Famil Əzizağa oğlu içkili vəziyyətdə naməlum şəxslərin ünvanına qeyri-etik ifadələr işlədib.

Onu Hövsan qəsəbəsində küt alətlə döyərək Türkan qəsəbəsindəki evinin qarşısına atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.