Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO

01:09 21-07-2019 1441

Hindistanın Uttar-Pradeş ştatındakı yerli xəstəxanaların birində üçbaşlı uşaq dünyaya gəlib. 

HerGun.Az rus KİV-inə istinadən xəbər verir ki, həkimləri şoka salan hadisə bir neçə gün əvvəl baş verib. Uşağın başı normal olsa da, ona arxadan üzü olmayan, başa bənzər və tam inkişaf etməyən iki şiş yapışıb.

Hamilə qadın Pilua kəndindən güclü qarın sancısından sonra şəhər xəstəxanasına aparılıb. Doğuşda iştirak edən tibbi personal Bici Taxur bildirib ki, üç başı olan qız yadplanetliyə bənzəyirmiş.

Hazırda həkimlər müəyyən tibbi analizlərdən sonra anomal inkişafın dərəcəsini müəyyən etməyi planlaşdırırlar. Amma artıq onlar etiraf ediblər ki, bu, çox nadir hallarda rast gəlinən hadisədir. Bundan başqa, tibbi yoxlanışlardan sonra əməliyyat nəzərdə tutulub.

Artıq məlumdur ki, söhbət beyin yırtığından gedir. Bu zaman kəllə sümüyündə problem yaranır və beyin maddəsi çölə “axaraq” dəri ilə örtülü olur. Doğulan hind qızının başında isə bu “kisə”lərin sayı iki olub. Əməliyyatdan sonra qızın yaşama şansı 55%-dir. Bununla belə, əgər uşaq sağ qalsa və yaşasa, əqli cəhətdən zəif inkişaf edəcək.