“Volvo”dan etiraf – Alışa bilirlər
05:00 21-07-2019 1310
İsveç avtomobil istehsalçısı “Volvo” mühərrik bölməsində alışma təhlükəsinə görə bütün dünya üzrə 500 min maşını geri götürür. Bu barədə “Algemeen Dagblad” yazır.
Bildirilir ki, qeyd edilən bölmədə komponentlərdən biri yüksək temperatur altında əriyə bilir. Bu isə bir neçə dəfə alışmaya gətirib çıxarıb. Lakin heç bir halda insan xəsarət almayıb.
Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağrılacaqlar.