Həmsədrlər Mnatsakanyanla Qarabağı müzakirə etdilər

10:18 19-06-2019 728

ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Anna Naqdalyan sosial şəbəkə hesabında məlumat verib.

Həmsədrlər - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Z.Mnatsakanyanla görüşü keçiriləcək.