Arvadı şikayət etdi, Rusiyaya qaçan azərbaycanlı tutuldu

11:18 21-07-2019 765

Qadını nikah bağlamağa məcbur edən azərbaycanlı Moskvada saxlanılıb.

İnfoteka.24” saytı xəbər verir ki, Fərid Səlimovun qanuni həyat yoldaşı polisə müraciət edərək Azərbaycanda məcburən ərə verildiyini bildirib.

Maraqlıdır ki, şikayətçi artıq iki uşaq anasıdır, lakin bunun öz istəyi ilə olmadığını deyir.

F.Səlimov isə arvadının polisə müraciət etdiyini duyar-duymaz Rusiyaya qaçmaqdan başqa əlacı qalmayıb.

Hazırda onu deportasiya gözləyir.