Maştağada piyadanı vuran avtomobil hadisə yerindən qaçıb

01:40 01-08-2020 633

Bakıda piyadanı avtomobil vurub.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Belə ki, 47 yaşlı Hüseynov Qurbanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb.

Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi və qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.