Bakı-2019: Güləşçilərimiz rəqiblərinə aman vermir - FOTO

11:36 21-07-2019 952

Bu gün idmançılarımız Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışına uğurla başlayıblar.

HerGun.Az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq çəki dərəcələrində mübarizə gedir.

Təmsilçimiz Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisi Eldar Asakayevə “tuşe” ilə qalib gəlib. İkinci görüşündə də inamlı təsir bağışlayan idmançımız belaruslu rəqibinə aman verməyib - 12:1.

Əbülfəz Nəsirov da britaniyalı həmkarı Harvey Ridinqsi “tuşe” ilə üstələyib – cəmi 30 saniyəyə.

Komanda yoldaşından geri qalmayan Fərid Sadıxlı isə ilk hissədə İtaliya idmançısı Andrea Martinonu məğlub edərək 1/4 finala yüksəlib.

Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.

Sərbəst güləş

45 kq 
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya) 6:0 (tuşe)
2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (Belarus) 12:1

55 kq 
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya) 4:0 (tuşe)
1/4 final - Əbülfəz Nəsirov

Yunan-Roma güləşi

45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İtaliya) 9:0
1/4 final - Fərid Sadıxlı

55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (Polşa) 11:0