Pakistanda NBM-ə hücum, xəstəxanada partlayış: ölənlər var

12:09 21-07-2019 882

Pakistanın Dəra-İsmayıl-Xan şəhərində terror aktları baş verib.

RİA Novosti” xəbər verir ki, əvvəlcə dörd motosikletdə olan silahlı şəxslər polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Sonra isə ilk hücum zamanı yaralananların yerləşdirildiyi xəstəxanada partlayış olub.

Hadisə nəticəsində 7 nəfər ölüb, 24 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən dördü polis əməkdaşıdır.

Partlayışın qadın tərəfindən törədildiyi bildirilir.

Polis hərəkətə keçib.