Avtoşouda sürücü maşını insanların üstünə sürdü - VİDEO

14:36 21-07-2019 948

Qırğızıstanın paytaxtı Bişkekdə avtomobil şousu zamanı sürücülərdən biri maşını tamaşaçıların üstünə sürüb.

REN TV xəbər verir ki, drift üzrə ölkə çempionatı zamanı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil izləyicilərin olduğu zonaya girib.

Məlumata əsasən, xəsarət alanlara yerində tibbi yardım göstərilib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Bununla belə, yaralıların sayı dəqiq göstərilmir.