Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA

18:00 03-08-2020 346

“Regionlara gediş-gəliş testlə olsa, böyük həcmdə testə ehtiyac yaranar. Çox sayda insanların test olunması lazım olar”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bildirib ki, buna isə laboratoriyaların imkanları çatmaz:

“Xaricə gedən vətəndaşlar tərəfindən testin pulu ödənilir. Regiona gedən və gələn vətəndaşın testdən keçməsi lazım olur. Ona görə bu məsələ operativ qərargahda kompleks şəkildə nəzərdən keçirilir”.

İlhamə Əbülfət