Çimərliklərdə nələr qadağandır? - SİYAHI

18:40 03-08-2020 420

“Çimərlik daxilində hovuzlardan və su attraksionlarından istifadə qadağandır”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, çimərlik ərazisində ictimai obyektlərin fəaliyyəti qadağandır:

“Burada yalnız çatdırılma xidməti mümkündür”.

O qeyd edib ki, çimərliklərdə müxtəlif musiqli proqramların təşkili də qadağandır.

İlhamə Əbülfət