Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:40 05-08-2020 501

Livanın paytaxtı Beyrut limanı yaxınlığında baş verən güclü partlayışdan sonra 70 metr diametrində krater yaranıb.

REN TV xəbər verir ki, bununla bağlı İsrailin ISI şirkəti məlumat yayıb. 

Şirkət həmin ərazinin sputnikdən çəkilən fotosunu təqdim edib. 

Qeyd edək ki, dünən Beyrutda baş verən partlayış nəticəsində 113 nəfər həlak olub, dörd mindən çox insan yaralanıb. Partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2.7 min ton ammiak maddəsinin detonasiyası səbəb olub.