Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək - VİDEO

21:00 05-08-2020 359

Qlobal istiləşmə günü-gündən sürətlənir.

Baku TV xəbər verir ki, pis tendensiyanı yaxından izləyən elm adamları tərəfindən qorxu dolu ifadələr səsləndirilib. Milyonlarla insana təsir edə biləcək gücdə bir fəlakətin olacağı barədə bütün bəşəriyyət xəbərdar edilib.

Mütəxəssislər, insanların təbiətə təsiri, qasırğaların artması və dənizlərdə suyun səviyyəsinin yüksəlməsi ilə birlikdə bu daşqınların daha tez-tez görülə biləcəyini açıqlayıb. Ən pis ehtimal olaraq, sahillərdə, qlobal ümumi məhsulun təxminən 20 faizinə bərabər olan varlıqların bu yüzilliyin sonuna qədər yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqları vurğulanıb.

Qlobal istiləşmə buzlaqların əriməsinə səbəb olur. Bu o deməkdir ki, 21-ci əsrin sonuna qədər normal olaraq hər 100 ildən bir görülən daşqınları hər 10 ildə görmək mümkün olacaq. Elm adamları sel və daşqınların gələcək 30 ildə 23 milyon insana təsir göstərə biləcəyini xəbərdar edib.

Cənub-şərqi Çin, Avstraliyanın şimalı, Banqladeş və Hindistanın sel və daşqın üçün ən riskli bölgələr olduğu açıqlanıb.