Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı - FOTO

22:20 05-08-2020 502

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 7883 koronavirus testi edilib. Onlardan 193-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 759 229-a çatıb. 

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 255 nəfərdir. Onlardan 51 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3787 nəfər aktiv koronavirus xəstəsi var.