Zaqatalada azyaşlı ikinci mərtəbədən yıxıldı

01:00 06-08-2020 470

Zaqatalada altı yaşlı uşaq yaşadığı ünvanda ikinci mərtəbədən yıxılıb. 

APA-nın məlumatına görə, Zaqatala şəhər sakini, 2014-cü il təvəllüdlü Cəfər Rəşad oğlu Tahirov qapalı kəllə-beyn travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. 

Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır-stabil qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.