Sumqayıtda zavoddakı yanğın söndürüldü: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB

14:20 07-08-2020 450

“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın söndürülüb”.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

13:06

“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın zamanı yeddi nəfər xəsarət alıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva HerGun.Az-a açıqlamasında bildirib ki, yaralılardan birinə ambulator yardım göstərilib və evə buraxılır:

“Altı nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.

13:01

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın başlayıb.

Bunu HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

O qeyd edib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib:

“Aparılan tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində iş gedir”.

İlhamə Əbülfət