Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var - VİDEO

20:20 07-08-2020 473

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

REN TV xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib. 

Bildirilib ki, “Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb. 

Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var. 

Qəzanın səbəbləri məlum deyil.