Kişi mübahisə zamanı sevgilisini yandırdı

08:20 08-08-2020 354

Mübahisə zamanı kişi sevgilisini yandırıb.

REN TV xəbər verir ki, hadisə Buryatiya Respublikasının Bulık kəndində baş verib. 

Bir neçə gün fasiləsiz spirtli içki qəbul edən cütlük şəxsi münasibətləri müzakirə edərkən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı kişi sevgilisinin üzərinə benzin töküb və yandırıb. Xoşbəxtlikdən qadın ölməyib.

Faktla bağlı cinayət işi başlanıb.