Bankların kredit ödənişləri ilə bağlı cərimələr yazması barədə RƏSMİ AÇIQLAMA

12:20 08-08-2020 806

“Banklarda kredit ödənişləri ilə bağlı gecikmələr yazılmayacaqdı. Bu, bankların könüllü qərarı idi”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, könüllü qərar olduğu üçün seçim bankların idi:

“Onlar sahibkarlarlara kömək etməlidir. Faktlar olarsa, biz araşdıra bilərik. Ola bilsin ki, vətəndaşın krediti ödəmək imkanı var və vəziyyətdən sui-istifadə edərək, ödənişdən qaçmaq istəyir və banklar da bunu biləndə, məcbur olub cərimələyirlər. Yardımdan sui-istifadə edilməməlidir”.

İlhamə Əbülfət