Azərbaycanda assosiasiya prezidenti vəfat etdi

12:40 08-08-2020 403

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

HerGun.Az xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov ömrünün 70-ci ilində dünyasını dəyişib.

X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.