Bakı və Şamaxıda minik avtomobilləri yandı

11:40 09-08-2020 382

Bakı şəhərinin Nəsimi rayonunda “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Çöl Göylər kəndində isə “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.