“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

14:40 09-08-2020 525

Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatması atılıb. 

HerGun.Az xəbər verir ki, Azərbaycanı ÇL-də təmsil edən “Qarabağ”ın rəqibi müəyyənləşib. 

Birinci təsnifat mərhələsində Ağdam klubu  Şimali Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq. Bu matç Bakıda baş tutacaq. 

Qeyd edək ki, bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.