BU DÜNYAYA HƏR KƏS ÖZ BAXIŞ PƏNCƏRƏSİNDƏN BAXAR GEDƏR
Bismillahir,Rəhmanir, Rəhim
Vidadi Hidayət
BU DÜNYAYA HƏR KƏS ÖZ BAXIŞ PƏNCƏRƏSİNDƏN BAXAR GEDƏR
“Bu dünya bir pəncərədir, hər gələn baxar gedər”...
Məndən əvvəl deyilmiş sözdür.Pəncərə sözünün məna yükü maddiyat aləminə aiddir. Bir otağın eyni pəncərəsindən nə qədər insan baxsa, eyni bir mənzərənin şahidi olar.
Ancaq, həqiqətdə isə bu dünyada yaşayan hər kəs bu dünyaya öz baxış pəncərəsindən baxar, gedər...
Deməli yaşadığımız dünyanın hər bir sakini öz düşüncələri, həyata baxışı daxilində formalaşdırdığı fərdi ağılın hesabına özünə məxsus olan bir baxış “pəncərə”si müəyyənləşdirmişdir.
Bu gün insanlar arasında yaranmış bu fərqlilik heç kəsin bir-birinə sözünün düz gəlməməsinə gətirib çıxarır.
Əslində insanın bildiklərindən haqq olmayıb batil olanları daha çoxdur.
İnsan yeganə canlıdır ki, iki aləmdə-maddiyat və mənəviyyat aləmində varlığı mövcuddur. Bu fikri izah etməyə çalışaq.
Gəncədən Bakıya çəkilmiş avtomobil yolunun varlığı həqiqətdir. Bu yolu gedən hər bir sərnişin arada olan məntəqələrin varlığını təsdiq edə bilir. Bakıda dəniz kənarı parkı gəzən hər kəs onun varlığını inkar etməyib təsdiq edər.
Maddi aləmin bu cür həqiqəti olduğu kimi, adi gözlə görünə bilməyən mənəvi aləmin də batini həqiqətləri mövcuddur.
Görünür ki, bəşər övladı hər iki aləmin yəni həm maddiyat aləminin, həm də mənəviyyat aləminin, həqiqətlərini görsə (anatomik gözlə və bəsirət gözülə) o insanda bu dünyaya kamil baxış yarana blər.
Fikirlərimi izah etmək üçün mövzunu bir az genişləndirmək istəyirəm. Allah-Təala ən əvvəl hər şeyi ehtiva edən yaradan və yox edən Özünün küli elmini yaratmışdır.Bu həqiqətdir.
Eramızdan əvvəl Arximed “evrika” deyərək, qanun kəşf etdi. Mayeyə batırılmış hər bir cisim öz həcmi qədər maye çıxarır. Arximed öz dövrünün alimi olsa da ümum dünya cazibə qanunu haqqında məlumatı yox idi. Halbu ki, həmən qanunun varlığı həmən dövrdə də həqiqət olaraq mövcud idi. Nyuton bir alim olaraq öz dövründə Enşteynin nisbilik nəzəriyyəsindən, böyük alim olan Enşteyn də Lütfüzadənin əhəmiyyətli kəşfi olan qeyri səlist nəzəriyyəsinin varlığının həqiqətindən bixəbər idi. Ancaq, bu qanunlar insan dünyaya gəlməmişdən əvvəl həqiqət olaraq mövcud idi. Maraqlı faktdır ki, Eynşteyn nisbilik nəzəriyyəsin ortaya qoyanda on il dünya alimlərindən heç kəs onu nə inkar edə bildi, nə də təsdiq edə bildi. On ildən sonra dünya alimləri tərəfindən qəbul edilərək həqiqət olduğu təsdiq olundu. Elm maddiyyat aləminin deyil mənəviyyat aləminin həqiqətidir. Bu iki faktoru, yəni maddiyyat və elm aləmi həqiqətləri varlığını bir yerdə götürsək adı çəkilən alimlər həm özlərinin bir-biri ilə həm də yaşadıqları dövrlərindəki insanlarla nisbətdə fərqli baxış pəncərələrinə malik baxışla dünyada yaşamışlar.
Allah-Təalanın bütün külli elmi hər birimizin vücudunda olan ruhumuzla müxalif olmayıb həmahəngdir. Allahın (c.c) Öz Zatından hər birimizdə olan ruhun həqiqətə çatmaq fəziləti hesabına elmin həqiqətinə çatmaq mümkün olur. Yoxsa, heç kəs elmin həqiqətinə çata bilməzdi.
Maddi aləmin həqiqətləri,elm aləminin həqiqətləri milyonlarla insan tərəfindən müxtəlif dövrlərdə təsdiq edilir. Həqiqət sözünün mahiyyəti odur ki, eyni bir faktı ən azından ikinci bir adam da təsdiq etmiş olsun. Ən üstün həqiqət isə Allah (c.c) varlığının həqiqətidir.
Hər bir bəşər övladına vacibdir ki, yaşadığı ömür ərzində Allahın varlığının həqiqətini təsdiq etsin, tək və yeganə bilsin. Allahın (c.c) varlığının həqiqətini bəsirət gözü ilə görüb, təsdiq etmək üçün tək, yeganə bir yol vardır. Bu yolu Allah (c.c) Özü müəyyən etdiyindən mənəviyyat aləmində yalnız bir yol həqiqətdir. Dilindən, irqindən, millətindən asılı olmayaraq hər kəs bu yola düşüb sona çatsa Allahın (c.c) varlığının həqiqətinə çatmış olar. Bundan sonra insan həm maddi aləmin adi gözlə görünən ətraf aləmin və yalnız bəsirət gözü ilə görünən qeyri maddi aləmin həqiqətlərinin kamilliyinə çatar. Bu cür insan hər iki aləmin həqiqətlərini gördüyündən, bildiyindən Allahın (c.c) Özü ilə vəhdətdə olar. Allahla (c.c) vəhdət tapan bəşər övladlarının dünyaya baxış pəncərələri kamil sayılır və eyni cürdür. Ancaq, əziz peyğəmbərimiz və ondan sonra gələn on iki imam heç kəsə nəsib olmayan ən üstün dünyaya baxış pəncərələrinə sahib olmuşlar.
Allah-Təalanın əsas istəyi o olmuşdur ki, cəmiyyətdə Allahla (c.c) vəhdət tapmış insanların sayı çox olsun. Bu səbəbdən Allah (c.c) Yer üzünə yüz iyirmi dörd min peyğəmbər göndərərək onlar vasitəsi ilə müxtəlif dövrlərdə insanları eyni bir hədəfə, həqiqətə çatmaq üçün təşviq etməsini istəmişdir. Allahın (c.c) səmadan səhifə şəklində, kitab şəklində gələn şəriətini insanlar din adlandırmışlar.
Din nədir?
Din. Allahın (c.c) peyğəmbərlər vasitəsi ilə insanlara çatdırdığı yaşam şəkli, insanların həyatını nizamlayan ilahi qanunlar toplusudur. Allah (c.c) yanında tək və haqq olan din islamdır.
İslam nədir?
İslam sözünün lüğəti mənası, təslim olmaq, boyun əymək, itaət etmək anlamlarına gəlir. Başqa sözlə islam, Allahın (c.c) qanunlarına-əmr və qadağalarına təslimiyyat deməkdir”.
İstər, Musa (ə), istər İsa (ə), istərsə də Məhəmməd (s.ə.s) nazil olan səmavi kitabların gətirdiyi şəriətlər insanlar tərəfindən qəbul olunaraq müxtəlif təriqətlərə bölünmüşdür. Hər üç şəriətdə çoxlu təriqətlər olsa da onların yalnız biri Allahın (c.c) həqiqi yolu, haqq yolu sayılır. Yalnız bu yolun yolçuları sonda Allahla(c.c) vəhdət tapa bilən insanlardır. Vəhdət dedikdə irqindən, dilindən, millətindən asılı olmayaraq haqqa bağlı olan iç dünyanın yaxınlığı, birliyi başa düşülür. Qalan zahirən birləşmələr, toplumlar, partiyalar vəhdətdə ola bilməz. Vəhdət elə bir hisdir ki, insan heç vaxt özünə rəva bilmədiyin heç bir bəşər övladına rəva bilməz. İstərdim bu arada vəhdətlə bağlı ibratamiz bir hekayəni qeyd edəm:
-Əyalətə təzə bir şah təyin olunur. Şah fərmanlar, qərarlar verərək əhli əyalı idarə etməyə başlayır. Bir müddət keçdikdən sonra görür ki, bir övliya bu xalqın özünün kəraməti, əxaqı ilə böyük hörmətini qazanmışdır. Əmr edir ki, övliyanı onun yanına gətirsinlər. Şahın canışinləri övliyanın evinə gələrək hökmdarın onu çağırdığını söyləyirlər.
Övliya cavabında:
-Mən elə bir hökmdar tanımıram və tanımaq da istəmirəm.
Övliyanın bu sözlərini şaha çatdırırlar. O, çox qəzəblənir. Xalqın ona hədsiz etimadı və hörməti olduğundan övliyanı cəzalandırmaq fikirindən vaz keçir və belə söyləyir:
-Yaxşı, gedin ona deyin ki, məni evində qəbul etsin.
Övliya gələnlərə yenə eyni cavabı verərək şahı evində də görməkdən imtina edir.
Nəhayət, şah qərara gəlir ki, gecənin bir qaranlığında övliyanın qapısına getsin. Çünki, rəiyyət saydığı bir şəxsin bu cür davranışı ona çox təsirli, həm də maraqlı gəlirdi. Şah övliyanın qapısına gəlir və pəncərədən övliyanın çıraq işığında ibadət etdiyini görür. Övliya isə bu zaman şahın gəldiyini hiss edir və üfürərək çırağı söndürür. Şah qapını döyərək içəri daxil olub və soruşur:
-Nə səbəb var ki, mənə olan münasibətin bu cürdür?
Övliya:
-Nə vaxta kimi sən əyalətdə olan qocaları öz valideynlərinin məhəbbətində görmürsənsə, oğulları-qızları özünün doğmaların kimi, xəstələri özünün əzizlərin kimi və s. görmürsənsə o vaxta kimi mənim qəlbimdə sənin yerin yoxdur.
Şahın övliyanın istəyinə uyğun olması üçün o mütləq Allahla (c.c) vəhdəti tapmalıdır ki,əyalətdə olan bütün insanlarla öz doğmaları arasında fərq qoymasın.
Qeyd edim ki, hər bir insanın vücudunu üç varlıq-bədən, ruh, nəfs və bir də sərbəst iradə təşkil etdiyindən insanların həm Aıllahla (c.c), həm də bir-biri ilə vəhdət tapması dünyanın harasında olur-olsun yalnız eyni bir Zatdan olan ruhların hesabına mümkün ola bilər. Yer üzərində yaşayan insanların sayına uyğun özünə məxsus baxış pəncərəsi tapmış insanların vəhdət tapması mümkünsüzdür.
Bu səbəbdən vacibdir ki, nəfslər paklanaraq ruha yaxınlaşaraq onun fəzilətlərini əldə etsin. Cəmiyyətin hər bir fərdi nəfsi paklanaraq Allahla (c.c) vəhdəti yarandığından və onlar yaşadıqları dünyaya eyni baxış pəncərəsindən baxdığından bütün insanlar bir-birlərinə öz doğmaları kimi davranarlar. Bu cür cəmiyyətin rəhbərləri də insanları ədalətli idarə edərlər.
Ancaq, yaşadığımız dünyamızda müxtəlif dövlətlər Allahla (c.c) vəhdəti olmayan şəxslər tərəfindən idarə olunduğundan haqsızlıq, zülm baş alıb gedir. Bütün bunların tək yeganə bir yolu yaşadığımız Yer kürəsinə Allahla (c.c) vəhdəti olan tək bir xilaskarın idarəçiliyində mümkün ola bilər. Allahın (c.c) “Quran”da vədi var, bu mütləq baş verəcəkdir.
Yazılarımda bəndənin Allahla (c.c) vəhdəti vacibliyini, buna çatmağın yolunu və bir də hər birimizdə dəyərli varlıq olan ruhun fəzilıtləri barədə aydınlıq gətirməyə çalışmışam.
Bəndənin Allahla (c.c) vəhdət tapması üçün hər kəs həyatda ikən öz ruhunu, ruhun Öz əzəli Zatına çatdırıb,birləşdirməlidir (qovuşdurmalıdır). Qəlbimizin Allaha(c.c) doğru qapısı açılarsa ruhumuz Allahla (c.c) vəhdət yaradana kimi bir yol qət edər. Bu yolun adı düz yol, başqa sözlə hidayət yoludur. Bu yol sağa, sola heç bir aidiyyatı olmayan nöqtələrdən ibarətdir. Bu nöqtələrin hər biri insanın davranışında, düşüncəsində, əməlində rol oynayan həqiqətdir və “Quran”la öz təsdiqini tapır. Çox vaxt bu yol siratəl müstəqim də adlandırılır. Yalnız bu yolun yolçuları eyni həqiqəti və sonda Allahın (c.c) varlığının həqiqətini “gördüyü”ndən onların daxili aləmi eyni, oxşar baxış pəncərəsi yaratmış olur. Onlar eyni cür danışarlar, eyni davranırlar. Allahla (c.c) vəhdətdə olub bir- birlərilə dost olarlar və ən əsası odur ki, heç vaxt mübahisə etməzlər. Digər insanların da mənəviyyat aləmində düşüncə və baxışlarına uyğun bir yol, dünyaya baxış pəncərəsi vardır. Bu yolun nöqtələri yalnız özlərinə həqiqətdir, başqaları üçün həqiqət ola bilməz. Çünki bu cür yollar sonda insanı Allahın (c.c) varlığının həqiqətinə çatdıra bilmir. Bu cür yolun sonu zülmət qaranlıq olduğundan insan nuraniyyat tapa bilmir.
Həyatda bu cür yol tutan insan sonda öz fərdi qazandığı ağlın hesabına, qazandığı elmin, həyati təcrübənin hesabına yalnız özünə məxsus fərdi baxış pəncərəsinə malik olur.
Ona görə bu cür insanların baxış pəncərələri fərdi olub, digər insanlarla eyni ola bilmir. Bu səbəbdəndir ki, milyardlarla insanların dünyaya baxış pəncərələri müxtəlif olduğundan birgəyaşayış yoldaşlıq, mutlu, problemsiz yaşaması, həmsöhbət, həmfikir olması çox çətinləşmişdir.
Allahla (c.c) vəhdət tapan insanların davranışlarının “Quran”la uyğunluğuna belə bir misal gətirmək istəyirəm:
-Bu gün bir nəfərə pislik edildikdə mütləq əvəzini pisliklə qaytarar, bir az da həddi aşır (əksər insanlar bu cürdür). Ancaq, atalarımızın belə bir sözü var: “Yaxşılığa yaxşılıqla cavab vermək hər kişinin işidir,
Pisliyə yaxşılıqla cavab vermək nər kişinin işidir.”
“Quran”da Allah (c.c) belə buyurur: “Sənə pislik edənə yaxşılıq elə. ” Yalnız Allahın (c.c) düz yolunda olanlar Yaradanın hədlərini pozmazlar.
Allahın (c.c) bu əmrini yerinə yetirmək hər birimizin borcudur. Ancaq, bu ayənin hökmünü yerinə yetirmək üçün tək yeganə bir yol-hidayət yolu, nəfsi paklanma yolu mövcuddur ki, bu yolun əvvəlində, ortasında və sonunda insanın fərqli baxış və düşüncəsi yarandığı aşağıdakı kimi izah olunur.
I.Mərtəbə: Nəfsi əmmarə: Sənə zülm edənə, pislik edənə, sən öz nəfsi baxışınla, zülm, pisliklə cavab verirsən.(Əksər insanlar bu cürdür).
II.Mərtəbə: Hidayət yolunun o məqamındakı hala uyğundur ki, insan ruhu Allaha (c.c) yaxınlaşıb, Ona təslim olub. Bu halda insanın dünyaya baxışı elə formalaşır ki, ona pislik edənə heç vaxt pisliklə cavab vermir. Onu əhv edir bağışlayır.
III. Mərtəbə: Bu hidayət yolunun o halına uyğundur ki, insan nəfsi paklaşaraq təskiyə olmuş və Allaha (c.c) təslim olmuşdur. Bu məqama çatan insan cəmiyyətdə kamil baxış sahibi olur. Ona pislik edənlərə yalnız və yalnız yaxşılıq etməklə cavab verir. Bu isə insaniyyətin zirvəsidir. İnsan “Quran”dan Allahın (c.c) öyüdün götürərək dünyaya baxışı dəyişərək pisliyə yaxşılıqla cavab verə biləcək məqama çata bilir.
Bu cür çoxlu misallar gətirmək olar ki, yalnız Allahın (c.c) hidayət yolunda olanlar eyni baxış pəncərəsindən baxıb, eyni cür düşünüb, eyni cür əməl edərlər. Çünki bu yolun hər bir nöqtəsi həqiqətdir. Kim bu yolu gedərsə həmən həqiqətləri görər. (Əlbəttə bəsirət gözü ilə.Daxili aləmi sonda eyni baxış pəncərəsi yaradar).
Hər bir bəşər övladına kamil həqiqətə çatmağın yolunu müəyyən edən (Hidayət yolun) və bütöv bir həqiqətin “ kamilliyinə çatmaq üçün hər kəsə yolu işıqlandırmaq üçün hikmət nuru bəxş edən Uca Yaradanımıza həmd olsun!
Fikirlərimi tamamlamaq üçün Peyğəmbərimiz Məhəmməd (s.ə.s)dən belə bir hədis söyləmək istərdim: “Qiyamətə kimi mənim adımdan sizə çoxlu uydurulmuş hədislər gələcəkdir.Hədis Peyğəmbərimizin düşüncəsinə, dünyaya baxışına uyğun söylədiyi sözlərdir. Onları “Quran”la tutuşdurun, uyğundursa, qəbul edin.
Bu hədis bizim üçün aydınlıq gətirir ki, bəşəriyyətə əxlaq nümunəsi olan əziz Peyğəmbərimizlə eyni fikir, eyni söz deməyimiz üçün qəlbimizə “Quran”ın enməsi “Quran” elmini bilməyimiz əməl edərək hidayət tapmağımız vacibdir. Bu vaxt hər birimiz yaşadığımız dünyaya eyni baxış pəncərəsindən baxaraq, vəhdətdə yaşamağa nail olarıq.
Əgər bütün insanlar bir-birləri ilə vəhdət tapa bilsə yaşadığımız bu dünya bizim üçün cənnət olar.
Bir daha aydınlaşır ki, “Quran” kamil həqiqətin ən üstün, göstəricisidir.
İnsanın kamil baxışı təkcə maddi aləmin, elm aləminin həqiqətlərini bilməklə kifayətlənmir. Tam kamil baxış insanın hidayət taparaq nəfsi paklanaraq Allahın (c.c) varlığının həqiqətinə çatıb, Onunla vəhdət tapdıqdan sonra yaranır. Çünki Mütləq kamil varlıq Yaradanımızdır.
Bütün səmavi kitablarda istər Musa (ə), istər İsa (ə), istərsədə Məhəmməd (s.ə.s) endirilən səmavi kitablarda və öncə peyğəmbərlərimizin bütününə endirilən öyüdlərin hamısında dünyaya kamil baxışın yaranmasının tək yeganə, düz bir yolu olduğu göstərilmişdir. İstərdim kamil baxış yarada biləcək, Allahla (c.c) vəhdət tapıla biləcək tək yeganə yolu bildirən ayələri, Allah (c.c) əmrlərini nəzərinizə çatdıram.
Ən əvvəl söyləyim ki, Allah (c.c) hər birimizi sərbəst iradəyə malik yaratmışdır. “Quran”(Bəqərə 256 )
Kim istəyər bu yolu gedər. Kim də istəməsə zor etmək olmaz.Ancaq, Allahın (c.c) düz yolun gedib, dünyaya kamil baxışla həyatımızı başa vurmaq üçün son kitabımız olan “Quran”da yer alan bizə düzgün yolu bildirən ayələri nəzərinizə çatdırmaq istəyirəm.
Hər kəs bilməlidir ki, doğru yolu göstərmək Allaha (c.c) aiddir.“Quran” (Nəhl 9).
(Ya Peyğəmbər) Şübhəsiz sən özün istədiyin bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki, sənin vəzifən risaləni təbliğ etməkdir). Lakin, Allah (c.c) istədiyi hər bir kəsi hidayətə ərdirər. Çünki, O hidayətə ərənləri daha yaxşı bilir. “Quran” (Qəsas 56).
Allah (c.c) bəndənin qəlbinə baxıb onu hidayət etməsi üçün şərtlər aşağıdakı kimidir:
I.Hər kəsin həyatda ikən ruhunu Allaha c.c) qovuşdurmaq diləyi olmalıdır. (mütləq qəlbən) Yoxsa başqa cür, heç cür mümkün deyil.”Quran”da Allah (c.c )belə söyləyir: Ona (Allaha) (c.c) tərəf yönəlin (Allaha (c.c) qovuşmağı diləyin) və təqva sahibi olun,namaz qılın və beləcə müsriklərdən olmayın.“.Quran” (Rum. 31)
II.Hər kəs Allahın (c.c) təyin etdiyi yolla gedib sona çatması üçün mütləq ustada (əxlaq ustadına) tabe olması vacibdir.Bu yolun əvvəlində heç kəs axtarıb ustadı tanıyıb tapa bilməz.
Çünki, yaşadığımız dövr on ikinci imamımız, onun naiblərinin, Allah (c.c) dostlarının, ustadların aşkarda deyil, qeybdə olduqları dövrüdür.
Onu yalnız Allahdan(c.c) qəlbən diləsək Allah (c.c) ustadı bizə tanıtdırar. Deməli ikinci şərt odur ki, mütləq ustada tabe olmalıyıq. Çünki hər birimizin nəfsi cəhlə, bilmədiyimiz barədə mübahisəyə meyillidir.
“Quran”da Allah (c.c) belə buyurur: “Ey iman gətirənlər (Allaha (c.c) qovuşmağı və təslim olmağı diləyənlər) Allaha (c.c) qarşı təqva sahibi olun və Ona qovuşduacaq vəsiləyi istəyin. Və böyləcə siz fəlaha çatmış olarsınız”. “Quran” (Maidə.35) .
Ustada tabe olmağın vacibliyini Allah (c.c) “Quran”-da başqa bir yerdə belə buyurur:
Ancaq kim (ustadın önündə) tövbə edər (böyləcə qəlbinə iman yazılıb, imanı artar) mömin olar və saleh əməl (nəfs təskiyəsi) edərsə, o təqdirdə Allah (c.c) onun günahlarını savaba çevirər. və Allah (c.c) Gafurdur (günahların üzərini örtəndir). Rəhimdir (rəhmət göndərəndir) “Quran” (Fürqan 70).
Elə ki, bir kəs ustadını tapdı tövbəsini etdi mömin oldu Allaha (c.c) qovuşub fəlaha çatmaq üçün Allahı (c.c) öz adı ilə zikr edərək daimi zikrə çatmalıdır. Çünki, mömin zikr etməyən halında şeytan onu yolundan azdıra bilir və insan onu hiss etmir. Zikrin vacib olduğu ayələr belədir:
1.Zikr: O kəslər ki, iman gətiriblər (mömin olublar) və Allahı (c.c) yada salmaq (zikrlə) rahatlıq tapır. Belə ki, Qəlblər yalnız Allahı (c.c) yada salmaqla (zikrlə) rahatlıq tapır. “Quran” (Rad surəsi, ayə 28.) Başqa ayələri də göstərmək olar. “Quran”(Vaqiə 96), (Müzəmmil 8) , (Hədid 16). Buna görə də əzəmətli Rəbbimin adını zikr et. “Quran” (Vaqiə 74),
2.Çox zikr. Şübhəsiz Allaha(c.c) və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı (c.c) çox zikr edənlər üçün Allahın Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır. “Quran” (Əhzab 21).
“Ey imangətirənlər, Allahı çox zikr edin! “Quran” (Əhzab 41): ” Çox zikrin mahiyyəti odur ki, bir günümüz yəni 24 saatın yarıdan çoxunu Allahın (c.c) zikrində olmalıyıq. Onu yada salmalıyıq. Çox zikri təsdiqləyən ayələr: “Quran” (Cümə 10), Ancaq, iman gətirib yaxşı işlər görən, Allahl (c.c) çox zikr edən zülmə uğradıqdan sonra intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar. “Quran” (Şüarə 227).
3.Daimi zikr. “Böyləcə namazı bitirdikdən sonra ayaq üstə, oturanda, yan üstə (yatanda) daimi Allahı (c.c) zikr edin... ” “Quran” (Nisa 103).
Adəm övladı nə zikr etməklə, nə çox zikr etməklə deyil yalnız və yalnız daimi zikrə çatmaqla şeytandan birdəfəlik qurtula bilər.
Daimi zikrin vzcib olduğunu təsdiq edən başqa ayə. “Quran” (Ali-İmran 191).
Onlar, (ulu ulu əlbab Allahın (c.c) sirr xəzinələrinin sahibləri ) ayaq üstə, oturanda,yan üstə yatarkən (daima) Allahı (c.c) zikr edərlər. Və göylərin və yerin yaradılışı haqqında təfəkkür edərlər (və deyərlər) “Ey Rəbbimiz! Sən bunları boşuna yaratmadın. Sən Sübhansan, bizi atəşin əzabından qoru.”
Ayələrdən görünür ki, yalnız iman gətirmiş, mömin olmuş kəslər üçün zikr, çox zikr, daimi zikr vacib olub sonda insana fayda verə bilər.
Qısaca olaraq zikrin mahiyyəti bu cürdür:
- “Quran” oxumaq zikrdir. (Əgər “Quran” öyüdü qəlbə daxil olursa)
- Namaz zikrdir. (Əgər ruh qəflətdə deylsə)
- Gün ərzində Allahın (c.c) adının təkrarı zikrdir. (Əgər insanın tövbəsi qəbul olub günahları bağışlanaraq mömin olubsa)
Bilirik ki, hər bir bəşər övladı üç vücud-ruh, bədən, nəfs və bir sərbəst iradəyə malik yaradılmışdır.Hər kəsin Allahla (c.c) vəhdət tapıb tam hidayəti aəağıdakı kimi izah olunur.
I.Ruhun hidayəti: İnsanın qəlbən zikri 3- 6 saata kimidir. Bu halda insan diri ikən ruhun Allaha (c.c) təslim edir, ruhun hidayəti tamamlanır. “Quran” (Ali İmran 73-74)
Və (Əhli kitab): Sizin dininizə tabe olandan başqasına inanmayın.(dedilər). (Həbibim onlara) De ki, Mütləq ki, hidayət (insan ruhunun ölmədən öncə Allaha (c.c) qovuşması)), Allahın (c.c) hidayətidir. Sizə verilənin, bir başqasına verilməsidir . Yoxsa onlar , Rəbbimizin hüzurunda, sizinlə mübahisə edəcəklərmi? (Onlara) De ki: Mütləq fəzilət Allahın (c.c) əlindədir. Və Allah (c.c) Vəsidir (elmi genişdir, hər şeyi əhatə edir) Alimdir. (hər şeyi biləndir).
II.Bədənin hidayəti: İnsanın qəlbən zikri 6-12 saata kimidir. Bu halda insan vücudu yəni fiziki bədəni tamamilə Allaha (c.c) təslim olur. İnsan bədəni Allahın (c.c) əmrlərini rahatlıqla yerinə yetirir.
Və and olsun ki, Biz, bütün ümətlərin (millətlərin, qövmlərin) içində rəsullar seçdik (həyata gətirdik, vəzifəli etdik). (Allaha (c.c) qovuşmağı diləyəərək) Allaha (c.c) qul olsunlar və şeytandan (insan və cin şeytandan) çəkinərək onlardan qurtulsun deyə, Onlardan bir qismini, (Rəsulun dəvəti üzrə olan Allaha (c.c) qovuşmağı diləyənləri) Allah (c.c) hidayət edər və bir qisminin (diləməyənlərin) üzərinə zəlalətdə qalmaq haqq oldu. Artıq yer üzündə gəzin. Böyləcə yalanlayanların aqibətinin necə olduğuna baxın. “Quran” (Nəhl 36)
Sən onların hidayətin çox istəsən də Allah (c.c) zəlalətdə buraxdığı kimsəni (onlar Allaha (c.c) qovuşmaqğı diləmədikcə ) hidayət etməz. Və onlar üçün bir yardımçı yoxdur. “Quran” (Nəhl 37)
III.Nəfsin hidayəti: İnsanın qəlbən zikri.12 saatdan 18 saata azından çatmalıdır. Bu vaxt hər kəsin nəfsi təskiyyə olaraq, nəfsin bütün xəstəlikləri ruhun fəzilətləri ilə əvəz olunur və nəfs Allaha (c.c) təslim olur.
Ey iman gətirənlər! Nəfsləriniz üzərinizdədir.(nəfsinizin haqqı üzərinizdədir). Siz hidayətdəsinizsə, zəlalətdə olan heç bir kəs sizə zərər verə bilməz. Hamınızın dönüşü Allahadır (c.c). O zaman etmiş olduğunuz şeylərin hamısını sizə xəbər verəcəkdir. “Quran” (Maidə 105)
Əgər insan bu mərhələləri keçib sonda qəlb zikrin 18 saata çatdırmış olarsa iradəsi də Allaha(c.c) təslim olar, bu haldan sonra yatılı halı da onun Allah(c.c) zikrinə hesab olunur. Artıq insan tam hidayət tapır. Nəyi varsa-üç vücudun ruh, fiziki bədən, nəfsin və sərbəst iradəsin Allaha (c.c) təslim etdiyi üçün əsil, xalis müsəlman sayılır. Bu mərtəbəyə çatan insanın bəsirət gözlərinin önündən bütün pərdələr götürüldüyündən Allahın (c.c) varlığını görür və təsdiq edir. Onun dünyayaya baxışı kamil baxış sayılır.