Millimizin hücumçusundan ABŞ-da növbəti qol - VİDEO

17:20 09-08-2020 461

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov çıxış etdiyi ABŞ-ın birinci liqasında (USL) növbəti qoluna imza atıb. 

HerGun.Az xəbər verir ki, USL-in altıncı turu çərçivəsində həmyerlimizin formasını geyindiyi “Finiks Rayzinq” klubu  “Nyu Meksiko” ilə qarşılaşıb. 

R.Dadaşov qarşılaşmanın 22-ci dəqiqəsində topu qapıdan keçirərək, komandasının ikinci qolunu vurub. 

Qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.