“Qarabağ”ın rəqibindən iddialı başlanğıc

22:20 09-08-2020 433

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq Şimali Makedoniya təmsilçisi “Sileks” ölkə çempionatının növbəti mövsümünün ilk oyununa çıxıb. 

HerGun.Az xəbər verir ki, komanda “Belasitsa”nın qonağı olub.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Maraqlıdır ki, oyundakı bütün qollar qarşılaşmanın ikinci hissəsində vurulub. İvan İvanovski 47-ci, Pepi Georgiyev 59-cu, Denis Ristov 70-ci və 84-cü, Stefan Curiç 88-ci və 90+2-ci dəqiqədə fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” “Sileks”lə avqustun 18-də və ya 19-da Bakıda qarşılaşacaq.