“Qarabağ” “Sileks”i keçsə… - Potensial rəqibləri AÇIQLANDI

00:40 10-08-2020 473

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

HerGun.Az xəbər verir ki, püşkdən əvvəl UEFA komandaları yenidən qruplara bölüb.

Birinci təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”i ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” 3-cü qrupda yer alıb.

Çempionumuz makedoniyalıları keçəcəyi halda dörd variantdan biri ilə rəqib olacaq.

Bu variantlarda yeddi mümkün komanda ilə qarşılaşa bilər.

  1. “Midtülland” (Danimarka)
  2. “Şerif” (Moldova) / “Fola” (Lüksemburq) cütünün qalibi
  3. “Konnah” (Uels) / “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
  4. “Dinamo” (Tbilisi, Gürcüstan) / “Tirana” (Albaniya) cütünün qalibi.

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün atılacaq, oyunları avqustun 25 və ya 26-da baş tutacaq.

Zaur Xudiyev