Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

09:45 22-07-2019 1091

Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul - Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

HerGun.Az xəbər verir ki, paylaşımda bu fikirlər yer alıb:

“Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”.

Qeyd edək ki, bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur.