Ayxan Abbasov: “Ötən mövsümün ikinci bombardiri məhz “Şkendiya”nın üzvüdür”

17:20 10-08-2020 482

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan dörd potensial rəqibi, demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarından idi”.

HerGun.Az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sumqayıt komandası Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gələcək.

Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib:

“Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı III pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər.

Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür.

Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda üç tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.