Beyrutu məhv edən partlayışın pərdəarxası məqamları - VİDEO

22:00 12-08-2020 330

Livanın paytaxtı Beyrutda 171 nəfərin ölümü və yüz minlərlə insanı evsiz qoyan partlayışdan sonra yaralar sağalır.

Limanda partlayışın səbəbi kimi göstərilən 2750 ton ammonium nitratın mənbəyi ilə bağlı suallar isə günbəgün artır.

Baku TV xəbər verir ki, 2013-cü ildə yükləri Batumidən Beyruta daşıyan və İstanbul Boğazından keçən Rhosus gəmisinin kimə aid olması ilə bağlı maraqlı detallar ortaya çıxıb.

Araşdırmalardan sonra təxminən üç min ton ammonium nitrat daşıyan gəminin Mozambikdəki partlayıcı istehsalçısına göndərildiyi ortaya çıxıb. Kapitanın verdiyi göstərişlərə uyğun olaraq, Beyrutda dayanan gəminin burada qaldığı bəlli olub.

Mozambik firması sifarişin verildiyini təsdiqləsə də, yük üçün pul ödəmədiyini açıqlayıb. Bundan sonra gəminin yükləri limandakı anbarlara göndərilib. Boş gəmi 2018-ci ildə batıb.

Rhosusun sığortası olmadığı iddia edilib, baxmayaraq ki, yük gəmiləri beynəlxalq dəniz qanunlarına görə sığortalanmalıdır.

Partlayışa səbəb olan ammonium nitratın pulunun kim tərəfindən ödənildiyi və Beyrut limanında materialların ələ keçirilməsindən sonra geri qaytarılmağa çalışılıb, yoxsa yox bunlar sual altındadır.

Digər tərəfdən, korrupsiyada günahlandırılan Livan prezidenti Mişel Aun “Bütün Livan xalqına söz verirəm, məlumatlar ortaya çıxana qədər çalışacağam”, - deyib.

Partlayış baş verən yerə toplaşan Beyrut xalqı “O bilirdi” yazılı plakatlarla prezidentin istefasını tələb edib. İddia olunurdu ki, iyul ayında prezidentə və hökumətə anbarlarda ammonium nitrat barədə xəbərdarlıq edilib. Məsuliyyəti qəbul edən hökumət isə dünən istefasını təqdim edib.

İstənilən halda, elə partlayışın özü kimi həqiqətlər də ortalığa çıxmaq üçün günləri sayır…