İti xilas etmək üçün avtomobilin şüşələrini qırdılar – VİDEO

23:00 13-08-2020 415

Böyük Britaniyada qapıları bağlı olan avtomobildə qalan iti xilas etmək üçün nəqliyyat vasitəsinin şüşələri sındırılıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, ətrafda yaşayan sakinlərin avtomobilin sahibini tapmaq cəhdləri nəticə verməyib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları ağır çəkic vasitəsilə avtomobilin şüşələrini qıraraq heyvanı xilas ediblər.