Nazirlikdə vəzifəli şəxs işdən çıxarıldı

15:40 14-08-2020 328

Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev vəzifəsindən azad edilib.

E-huquq.az-ın məlumatına görə, N. Mustafayev ötən gün işdən çıxmaqla bağlı ərizə yazıb.

Onun ərizəsi qəbul edilib və vəzifəsindən azad olunub.