Salyanda yaşayış yerini tərk edən COVID-19 xəstələri tutuldular - FOTO/VİDEO

16:20 14-08-2020 397

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunmasına ciddi nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir. Bu istiqamətdə həyata keçirilmiş əməliyyatlar nəticəsində “COVİD-19” infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Salyan rayon sakinləri  Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.  

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi hazırda “COVİD-19” virusundan  müəlicə alan və həkim nəzarətində olan  şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl olunmasını tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və başqalarının yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.