Erməni xisləti: Mahnı oğrusu - VİDEO

19:20 14-08-2020 368

Baku TV “Erməni xisləti” adlı silsilə filmlərin nümayişinə start verib.

İlk təqdim olunan filmin adı “Mahnı oğrusu”dur . 

Filmdə ermənilərin musiqi mədəniyyətimizə gözlərini dikərək bir çox xalq mahnılarımızın oğurlandığı araşdırılıb.

Ermənilərin tarixdə ən böyük əxlaqsızlığı ərazisində və himayəsində yaşadıqları xalqların, ilk növbədə türklərin tarixini, mədəniyyətini, adət-ənənəsini, incəsənətini, mətbəxini, bir sözlə, minillər boyu yaratdığımız maddi-mənəvi dəyərlərimizi ən müxtəlif üsullarla saxtalaşdıraraq mənimsəmələridir . 

“Sarı gəlin”, “Tello “, “Maral”, “Qal sənə qurban” və bir çox mahnılarımızı ifa edərək heç nə olmamış kimi oxumağa davam edirlər. 

Daha ətraflı süjeti təqdim edirik: