Rusiyada almaya görə rüşvət verən azərbaycanlı hakim qarşısında

14:36 22-07-2019 831

Rusiyanın Smolensk şəhərində sərhədçiyə rüşvət verən Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxacaq.

Azərbaycan vətəndaşı 2019-cu il mayın 26-da şəhər tipli Xislaviçi qəsəbəsində sərhəd idarəsinin əməkdaşına 50 min rubl məbləğində rüşvət verib.

35 yaşlı azərbaycanlı almaları daşımaq üçün müvafiq sənədləri olmadığına görə rüşvət müqabilində onların yoxlanılmamasını istəyib. Lakin sərhədçi hüquq-mühafizə orqanlarına rüşvət verilməsi ilə bağlı məlumat verib.

Smolenskin müstəntiqləri faktla bağlı cinayət işinin araşdırılmasını yekunlaşdırıblar və işi məhkəməyə veriblər.